Ölkə kubokunun hazl-hazırda davam edən final matçından öncə açılış mərasimi keçirilib.
Korner.az-ın məlumatına görə, öncədən hazırlanmış videoçarxda səsləndirilən dövlət himnimizi Premyer Liqamızda çıxış edən legionerlər ana dilimizdə oxuyublar.
Himni oxuyanlar Manuel Varea, Georgi Adamiya, Brus Abdullaye, Taner Taktak, Junior Nildo, Zohair Benouahi, Antonio Rukavina, Sissoko, Marius Pena, Nikolas Kanales, Flavinyo, Admir Teli, Adrian Pit, Manuel Skarlatake, David Pietrzkieviç, Yannik Kamanan və Assis Rodriges olub.