Topaz Premyer Liqanın 35-ci turun oyunları üçün hakim təyinatları müəyyənləşib.
Korner.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, turun maraqla gözlənilən görüşü “Neftçi” – “İnter” oyunu Ramil Diniyevə tapşırılıb.
15 may (bazar)
“Rəvan” – “Qarabağ”
Hakimlər: Elvin Əsgərov, Munis Abdullayev, Coşqun Həsənov, Orxan Məmmədov
“Bayıl Arena”
“Xəzər Lənkəran” – “Sumqayıt”
Hakimlər: İnqilab Məmmədov, Vüqar Bayramov, Vüsal Qənbərov, Nail Nağıyev
“Xəzər Lənkəran” mərkəzi stadionu
“Neftçi” – “İnter”
Hakimlər: Ramil Diniyev, Mehman Mahmudov, Akif Əmirəli, Rəhim Həsənov
“Əlincə Arena”
“Zirə” – “Kəpəz”
Hakimlər: Rauf Cabbarov, Zeynal Zeynalov, Nahid Əliyev, Rövşən Rəcəbov
Zirə İdman Kompleksinin stadionu
“Qəbələ” – AZAL
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Rahil Ramazanov, Mahir Məmmədov
Qəbələ şəhər stadionu
Qeyd edək ki, turun bütün görüşləri saat 18:00-da başlanacaq.
