“Neftçi” qış çempionu oldu
24.12.2020 , 19:57

Bu gün Azərbaycan Premyer Liqasında 13-cü turun oyunları keçirilib.
Korner.az xəbər verir ki, bu tur 2020-ci ilin son turu olub.
13-cü turun bütün görüşləri eyni gündə keçirilib.
Günün qarşılaşmalarında “Qarabağ” “Zirə”ni 3:2, “Qəbələ” səfərdə “Səbail”i 3:1, “Sabah” rəqib meydanında “Sumqayıt”ı 2:1 məğlub edib.
Günün son matçında “Neftçi” “Keşlə”ni qəbul edib. “Ağ-qaralar” bu görüşdə 2:1 hesablı qələbə qazanaraq, qış çempionu olub.
24 dekabr (cümə axşamı)
16:00. “Səbail” – “Qəbələ” – 1:3
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Cavanşir Yusifov, Rövşən Rəcəbov
“ASCO Arena”
16:00. “Sumqayıt” –“ Sabah” – 1:2
Hakimlər: İnqilab Məmmədov, Pərvin Talıbov, Rahil Ramazanov, Rauf Allahverdiyev
“Kapital Bank Arena”
16:00. “Qarabağ” – “Zirə” – 3:2
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Cəmil Quliyev, Tural Qurbanov
“Azersun Arena”
18:00. “Neftçi” – “Keşlə” – 2:1
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Rəşad Əhmədov
“Bakcell Arena”
