Futbol

Premyer Liqamızda 15-ci turun oyunlarının vaxtı açıqlandı

24.01.2020 , 14:28

Azərbaycan Premyer Liqasında 15-ci turun oyunlarının vaxtı açıqlanıb.

Korner.az PFL-in saytına istinadən xəbər verir ki, mövsümün ikinci yarısının ilk turu 2 günü əhatə edəcək. Oyunlar aşağıda göstərilən saatlarda başlayacaq.

1 fevral (şənbə)

“Zirə” – “Sabah”
Zirə İdman Kompleksinin stadionu, 15:00

“Neftçi” – “Sumqayıt”
“Bakcell Arena”, 17:30

2 fevral (bazar)

“Qəbələ” – “Keşlə”
Qəbələ şəhər stadionu, 15:00

“Səbail” – “Qarabağ”
“ASCO Arena”, 17:30

Son yazılar

Yuxarı