Premyer Liqamız 14 pillə irəlilədi
21.01.2020 , 14:46

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (İFFHS) 2019-cu il üçün dünyanın ən güclü çempionatlarının siyahısını açıqlayıb.
Korner.az xəbər verir ki, 100 çempionatın yer aldığı siyahıda Azərbaycan Premyer Liqası 349 xalla 56-cı yerdə qərarlaşıb. Çempionatımız son reytinqlə müqayisədə 14 pillə irəliləyib.
Qeyd edək ki, siyahıya 1287 xalla İngiltərə Premyer Liqası başçılıq edir. Braziliya A Seriyası 2-ci, İspaniya La Liqası 3-cüdür.
