Premyer Liqadan La Liqaya qayıtdı
04.06.2019 , 09:59

İspaniyanın “Alaves” klubu hücumçu transferi reallaşdırıb.
La Liqa təmsilçisi İngiltərə Premyer Liqasında çıxış edən “Vest Hem”in hücumçusu Lukas Peresi transfer edib. Vitoriya-Qasteys təmsilçisi bu keçid üçün 2,5 milyon avro təzminat ödəyib. 30 yaşlı forvardla 3+1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Lukas Peres daha öncə “Rayo Valyekano”, PAOK, “Deportivo”, “Arsenal” kimi klublarda çıxış edib.
