Premyer Liqada yeni yoluxma
09.02.2021 , 17:25

İngiltərə Premyer Liqasında 2 nəfər koronavirusa yoluxub.
Korner.az xəbər verir ki, bu barədə turnirin rəsmi saytı məlumat yayıb.
Fevral ayının ilk həftəsində 2970 nəfərdən götürülən koronavirus testindən ikisinin nəticəsi müsbət çıxıb.
Virusa yoluxan şəxslərin adları açıqlanmayıb. Onların karantinə alındığı qeyd olunub.
