Premyer Liqada yeni rekordçu
28.07.2020 , 13:20
“Mançester Yunayted” İngiltərə Premyer Liqasının XXXVIII turunda “Lester”ə 2:0 hesabı ilə qalib gəlib.
Korner.az xəbər verir ki, oyun “qırmızı şeytanlar”ın qolkiperi David de Xea üçün əlamətdar olub.
Belə ki, o, Premyer Liqada 113-cü matçda qapısını toxunulmaz saxlamağı bacarıb. Bu göstərici ilə futbolçu Premyer Liqa tarixində ən çox “quru oyun” keçirən qapıçı olub.