“Mançester Siti”nin futbolçusu Serxio Aqüero yeni rekorda imza atıb.
Korner.az-ın məlumatına görə, təcrübəli hücumçu Premyer Liqada ən çox qol vuran cənubi amerikalı futbolçu olub.
“Siti”də beşinci mövsümünü keçirən argentinalı forvard liqadakı 85 qolunu vurmaqla həmyerlisi Karlos Tevezin 84 qolluq rekordunu yeniləyib.
2011-ci ildə 38 milyon funt-sterlinq qarşılığında “Atletiko”dan “Siti”yə transfer olunan ulduz futbolçu çıxdığı 176 rəsmi matçda 116 dəfə rəqib qapının torunu silkələyə bilib.
