Premyer Liqada yeni mövsümün püşkü bu tarixdə atılacaq
11.07.2023 , 15:23

Azərbaycan Premyer Liqasında 2023/2024-cü illər mövsümünün püşkatma mərasiminin vaxtı müəyyənləşib.
Korner.az xəbər verir ki, mərasim 18 iyul tarixində AFFA-nın inzibati binasında baş tutacaq. Tədbir saat 15:00-da başlanacaq.
Azərbaycan Premyer Liqasının yeni mövsümü avqustun 4-də start götürəcək.
