Premyer Liqada yeni mövsümə star verildi
04.08.2023 , 21:57

Bu gün Azərbaycan Premyer Liqasında 2023/2024 mövsümünə start verilib.
Korner.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.
Ötən mövsüm Divizionda çempion olan və elitaya vəsiqə qazanan “Araz-Naxçıvan” “Dalğa Arena”da “Turan Tovuz”u qəbul edib və 0:3 hesabı ilə uduzub.
Turun digər oyunları 5 və 6 avqustda olacaq.
Azərbaycan Premyer Liqası
I tur
4 avqvust
20:00 Araz-Naxçıvan – Turan Tovuz – 0:3
Baş hakim: İnqilab Məmmədov
