Premyer Liqa

“Sumqayıt” və “Səbail”dən qələbə

14.08.2021 , 22:32

Bu gün Azərbaycan Premyer Liqasında 2021/22 mövsümünə start verilib.

Korner.az xəbər verir ki, I turun ilk oyun günündə 2 matç keçirilib. Mövsümün açılış oyununda “Sabah” doğma meydanda “Səbail”i qəbul edib. Meydan sahibləri bu görüşdə uduzub – 0:1.

Digər görüşdə “Sumqayıt” “Keşlə”nin qonağı olub və 2:0 hesabı ilə qalib gəlib.

Azərbaycan Premyer Liqası
I tur

14 avqust

18:30. “Sabah” – “Səbail” – 0:1
Hakimlər: Rəşad Əhmədov, Rahil Ramazanov, Eyyub İbrahimov, Fərid Hacıyev
“Bank Respublika Arena”

20:30. “Keşlə” – “Sumqayıt” – 0:2
Hakimlər: Kamal Umudlu, Müslüm Əliyev, Kamran Bayramov, Vüqar Həsənli
“ASK Arena”

Son yazılar

Yuxarı