Premyer Liqada yeni mövsümə start verildi
05.08.2022 , 21:28

Bu gün Misli Premyer Liqasında 2022/2023 mövsümünə start verilib.
Korner.az-ın məlumatına görə,mövsümün açılış matçı Mərdəkanda – “Dalğa Arena”da olub.
Burada Gəncə təmsilçisi “Kəpəz” ötən mövsümün mükafatçılarından olan “Zirə”ni qəbul edib və 1:2 hesabı ilə uduzub.
Misli Premyer Liqası
I tur
5 avqust (cümə)
“Kəpəz” – “Zirə” – 1:2
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Cavid Cəlilov
Hakim-inspektor: Ramil Diniyev
VAR hakimi: Vüqar Həsənli
VAR hakiminin köməkçisi: Rəhman İmami
“Dalğa Arena”, 19:30
