Premyer Liqada yeni mövsümə bu tarixdə start veriləcək
26.03.2021 , 16:38

İngiltərə Premyer Liqasında 2021/22 mövsümünün başlayacağı tarix müəyyənləşib.
Korner.az xəbər verir ki, mövsümə avqustun 14-də start veriləcək.
Bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb. Yarışların 2022-ci ilin mayın 22-də yekunlaşacağı qeyd olunub.
