Premyer Liqada yeni mövsümə bu tarixdə start veriləcək
06.05.2021 , 17:54

İngiltərə Premyer Liqasında yay transfer pəncərəsi dövrünün açılış və bağlanış vaxtı bilinib.
Korner.az xəbər verir ki, bu barədə turnirin mətbuat xidməti məlumat yayıb.
Transfer pəncərəsi iyunun 9-da açılacaq və 31 avqusta qədər davam edəcək.
Premyer Liqada yeni mövsümə isə avqustun 14-də start veriləcək.
