Rusiya Premyer Liqasında gələn mövsümdən etibarən yeni klub çıxış edəcək. Korner.az-ın məlumatına görə, “Mordoviya” klubu tarixində ilk dəfə futbol üzrə Rusiya Premyer Liqasına vəsiqə qazanıb.
Saransk şəhərini təmsil edən komanda I divizionda sona bir tur qalmış liderliyi təmin edib.
Qeyd edək ki, əvvəllər “Mordoviya” heç vaxt Rusiyanın yüksək liqasında oynamayıb. Bu klub 2010-cu ildə I divizionda 6-cı yeri tutub.