Premyer Liqada yay transfer dönəmi uzadıldı
07.02.2020 , 18:36

İngiltərə Premyer Liqasında yay transfer dövrünün vaxtı dəyişdirilib.
Korner.az xəbər verir ki, britaniyalılar yay transfer dönəminin uzadılmasına qərar veriblər.
Belə ki, klublar “transfer pəncərəsi”nin əvvəlki tarixlərə qayıtmasını dəstəkləyiblər. Bundan sonra transfer dönəmi sentyabrın 1-də başa çatacaq.
Premyer Liqada son iki mövsümdə yay “transfer pəncərəsi” 1-ci turun açılış oyunundan bir gün əvvəl, yəni avqustda bağlanırdı.
