Premyer Liqada turun ən yaxşısı
16.09.2020 , 16:19

Azərbaycan Premyer Liqasında 2-ci turun ən yaxşı futbolçusu müəyyənləşib.
Korner.az xəbər verir ki, bu, “Sabah”ın müdafiəçisi Bəhlul Mustafazadədir. “InStat”ın təhlilinə əsasən futbolçu 321 göstərici ilə hamını qabaqlayıb.
“Qəbələ” ilə görüşdə (3:0) 90 dəqiqə meydanda olan Mustafazadə komandasının 2-ci qolunu vurub.
