“Sumqayıt” “Kəpəz”ə qalib gəldi, “Neftçi”dən heç-heçə
10.03.2025 , 21:30

Bu gün Azərbaycan Premyer Liqasında 26-cı tura yekun vurulub.
Korner.az xəbər verir ki, turun son günündə daha iki matç baş tutub.
Günün ilk görüşündə “Kəpəz” “Sumqayıt”ın qonağı olub. Görüş “Sumqayıt”ın 3:0 hesablı qələbəsi ilə bitib.
Digər qarşılaşmada isə “Neftçi” “Turan Tovuz”la üz-üzə gəlib. Matç 1:1 hesablı heç-heçə ilə bitib.
Azərbaycan Premyer Liqası
XXVI tur
10 mart
17:00. “Sumqayıt” – “Kəpəz” – 3:0
Qollar: Roy Kehat, 20, 51, Nihad Əhmədzadə, 90+4
Hakimlər: İnqilab Məmmədov, Namik Hüseynov, Rahil Ramazanov, Elçin Məsiyev
VAR: Nicat İsmayıllı, Teymur Teymurov
Hakim-inspektor: Zöhrab Qədiyev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
19:30. “Neftçi” – “Turan Tovuz” – 1:1
Qollar: Bassala Sambu, 88 – Hurtado, 90+5
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Zöhrab Abbasov, Kamran Əliyev
VAR: Rauf Cabarov, Akif Əmirəli
Hakim-inspektor: Rəhim Həsənov
“Neftçi Arena”
