“Sabah”dan qələbə, “Səbail”dən heç-heçə
17.02.2024 , 20:55

Bu gün Azərbaycan Premyer Liqasında XXIII tura start verilib.
Korner.az xəbər verir ki, birinci oyun günündə iki qarşılaşma keçirilib.
Günün ilk oyununda “Sabah” azarkeşləri önündə “Kəpəz”lə qarşılaşıb və 3:2 hesablı qələbə qazanıb. Digər görüşdə isə “Səbail” “Araz-Naxçıvan”la heç-heçə edib – 2:2.
Azərbaycan Premyer Liqası
XXIII tur
17 fevral
16:00 Sabah – Kəpəz – 3:2
Baş hakim: Elçin Məsiyev
“Bank Respublika Arena”
18:30 Səbail – Araz-Naxçıvan – 2:2
Baş hakim: Kamran Əliyev
“ASCO Arena”
