Premyer Liqada son üç mövsümün rekordu
24.04.2023 , 11:23
“Qarabağ” Azərbaycan Premyer Liqasında qollu oyunlar seriyasını 16-ya çatdırıb.
Korner.az xəbər verir ki, 31-citurda “Zirə”ni qəbul edən Qurban Qurbanovun yetirmələri 2:2 hesablı heç-heçəyə imza atıb.
15-ci turda məhz bu rəqiblə qolsuz heç-heçə etdikdən sonra Ağdam klubu hər qarşılaşmada qol sevinci yaşayıb. 16 oyunluq qol seriyası son üç mövsümün mütləq rekordudur. “Qarabağ” 2021-ci ildə ardıcıl 15 matçda rəqib qapısına yol tapan “Neftçi” və “Zirə”ni geridə qoyub.
Sonuncu dəfə daha uzun qol seriyasına 2019-cu ildə təsadüf olunub. 2018/19 və 2019/20 mövsümlərini əhatə edən vaxtda ağdamlılar 17 matçda meydanı qolsuz tərk etməyib.