“Şamaxı” Premyer Liqanı tərk etdi
27.05.2023 , 22:12

Bu gün Azərbaycan Premyer Liqasında son tura start verilib.
Korner.az xəbər verir ki, ilk oyun günündə üç qarşılaşma baş tutub.
Avrokuboklara vəsiqə uğrunda mübarizə aparan “Zirə” səfərdə “Sumqayıt”ın qonağı olub və 3:0 hesablı qələbə qazanıb.
“Qəbələ” isə azarkeşləri önündə “Kəpəz”i qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb.
Günün son oyununda isə “Səbail” evdə “Şamaxı” ilə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib. Qonaqlar isə Premyer Liqanı tərk edib. “Şamaxı” növbəti mövsümdən I divizionda mübarizə aparacaq.
Azərbaycan Premyer Liqası
XXXVI tur
27 may
17:30 Sumqayıt – Zirə – 0:3
Sumqayıt şəhər stadionu
17:30 Qəbələ – Kəpəz – 1:1
Qəbələ şəhər stadionu
20:00 Səbail – Şamaxı – 1:0
“ASCO Arena”
