Premyer Liqa

Premyer Liqada mövsümə yekun vuruldu

21.05.2022 , 21:25

Bu gün Azərbaycan Premyer Liqasında 2021/2022 mövsümünə yekun vurulub.

Futbolpress.az xəbər verir ki, sonuncu – XXVIII turun bütün oyunları eyni gündə baş tutub.

“Zirə” “Şamaxı” ilə qolsuz bərabərə qalıb və çempionatın bürünc medalını qazanıb. “Qəbələ” – “Sabah” matçında da qalib müəyyənləşməyib.

Turnir cədvəlinin autsayderləri “Səbail” və “Sumqayıt” üz-üzə gəlib. Matç “kimyaçılar”ın qələbəsiylə başa çatıb.

Çempion “Qarabağ” doğma meydanda gümüş medalçı “Neftçi”ni qəbul edib. 5 qolun vurulduğu görüşdə meydan sahibləri inamlı qələbə qazanıb.

Azərbaycan Premyer Liqası
XXVIII tur

21 may (şənbə)

“Zirə” – “Şamaxı” – 0:0
Hakimlər: Rauf Allahverdiyev, Pərvin Talıbov, Cavanşir Yusifov, Vüqar Həsənli
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
Zirə İdman Kompleksinin stadionu, 17:00 (canlı/CBC Sport)

“Qəbələ” – “Sabah” – 1:1
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rövşən Rəcəbov
Hakim-inspektor: Orxan Məmmədov
AFFA nümayəndəsi: Bəhram Qurbanov
Qəbələ şəhər stadionu, 17:00 (pfl.az/canlı)

“Sumqayıt” – “Səbail” – 5:0
Hakimlər: Rəvan Həmzəzadə, Namiq Hüseynov, Rahil Ramazanov, Tural Qurbanov
Hakim-inspektor: Ramil Diniyev
AFFA nümayəndəsi: Rüfət Əmirov
Sumqayıt şəhər stadionu, 19:00

“Qarabağ” – “Neftçi” – 4:1
Hakimlər: Fərid Hacıyev, Kamran Bayramov, Müslüm Əliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Vüsal Əliyev
AFFA nümayəndəsi: Elgiz Abbasov
“Azersun Arena”, 19:30 (canlı/CBC Sport)

Son yazılar

Yuxarı