Gəncənin “Kəpəz” klubunun futbolçusu Azər Məmmədov məşq prosesindən danışıb.
Korner.az-ın məlumatına görə, Gəncə təmsilçisinin kapitanı klubun rəsmi saytına qısa açıqlama verib: “Bildiyiniz kimi milli komandamızın oyunu ilə çempionatda uzun fasilə yaranıb.Buna görə bizi üç gün evə buraxmışdılar. Artıq məşqlərə başlamışıq. İlk məşqimiz yüngül keçdi. Həm qaçdıq, həm də topla məşq etdik. Premyer Liqada “Qəbələ” ilə keçirəcəyimiz oyuna səylə hazırlaşırıq”.
Qeyd edək ki, “Qəbələ” – “Kəpəz” matçı noyabrın 19-da olacaq.
