İngiltərənin “Aston Villa” klubu xoşagəlməz halla qarşılaşıb.
Korner.az-ın məlumatına görə, komandanın futbolçusu Jores Okore “Aston Villa”da oynamaqdan imtina edib.
Bu barədə baş məşqçi Erik Blek BBC-yə açıqlamasında bildirib. O deyib ki, Okore özü komandada oynamaq istəmir:
“Okore mənə dedi ki, növbəti oyunlarda onun xidmətindən yararlanmayım. Mənə oynamaq istəməyən futbolçular lazım deyil. Ona görə də, onu əsas komandadan kənarlaşdırdım”
