Premyer Liqada noyabr ayının ən yaxşı məşqçisi
12.12.2025 , 15:06
İngiltərə Premyer Liqasında noyabr ayının ən yaxşı baş məşqçisi açıqlanıb.
Korner.az xəbər verir ki, “Çelsi”nin çalışdırıcısı Entso Mareska bu ada layiq görülüb. Bu barədə turnirin mətbuat xidməti rəsmi açıqlama yayıb.
Londons klubu noyabr ayı ərzində çempionatda 4 matça çıxıb, 3 qələbə qazanıb və yalnız 1 görüşdə xal itkisi yaşayıb.
Qeyd edək ki, “Çelsi” Premyer Liqada 15 turun ardından 25 xal toplayaraq turnir cədvəlinin 5-ci pilləsində qərarlaşıb.