İngiltərə Premyer Liqasının 15-ci turu çərçivəsində azarkeşlər Mançester derbisinə şahidlik etmiş olub.
Korner.az-ın məlumatına görə, əzəli və əbədi rəqiblərin bu dəfəki amansız dueli nəfəs kəsib.
Ser Aleks Ferqussonun başçılıq etdiyi "qırmızı şeytanlar" matçın 16 və 29-cu dəqiqələrində Runi ilə hesabı 2:0 edib. Bundan sonra özünə gələn meydan sahibləri 60-da Yaya Ture ve 86-cı dəqiqədə Pablo Zabaleta ilə hesaba tarazlıq gətirib.
Lakin buna baxmayaraq qonaqlar Robin van Persinin 90+3-cü dəqiqədə cərimə zərbəsində vurduğu mükəmməl qol sayəsində 3 xalı qazanan tərəf olub.
Həmin möhtəşəm qolu təqdim edirik.