Premyer Liqada mövsümün rekordu
09.10.2023 , 11:27

Azərbaycan Premyer Liqasında mövsümün azarkeş rekordu qeydə alınıb.
Korner.az xəbər verir ki, bu, 9-cu turun “Neftçi” – “Qarabağ” matçına təsadüf edib.
“Neftçi Arena”da keçirilən Azərbaycan derbisini 5400 tamaşaçı izləyib. Bunadək rekord 9-cu turun “Turan Tovuz” – “Neftçi” matçına (0:1) məxsus idi. Həmin qarşılaşmada 5000 azarkeş olub.
