Premyer Liqada mövsümün ən yaxşı baş məşqçisi
31.05.2023 , 13:11

İngiltərə Premyer Liqasında 2022/23 mövsümünün ən yaxşı məşqçisi müəyyənləşib.
Korner.az xəbər verir ki, bu, “Mançester Siti”nin baş məşqçisi Xosep Qvardioladır.
Qvardiola sorğuda Mikel Arteta (“Arsenal”), Roberto De Zerbi (“Brayton”), Unai Emeri (“Aston Villa”), Eddi Hau (“Nyukasl”) və Marko Silvanı (“Fulhem”) qabaqlayıb.
