Premyer Liqada mövsümün ən yaxşı gənc futbolçusu
14.08.2020 , 19:23

İngiltərə Premyer Liqasında 2019-2020 mövsümünün ən yaxşı gənc futbolçusu müəyyənləşib.
Korner.az xəbər verir ki, bu ada “Liverpul”un müdafiəçisi Trent Aleksandr-Arnold layiq görülüb.
21 yaşlı futbolçu Cek Qriliş (“Aston Villa”), Din Henderson (“Şeffild Yunayted”), Mayson Qrinvud, Markus Reşford (“Mançester Yunayted) və Kristian Puluşiçi (“Çelsi”) qabaqlayıb.
