Premyer Liqada komanda sayı ilə bağlı qərar
13.05.2024 , 19:20
Bu gün AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.
Korner.az xəbər verir ki, toplantı 4 saatdan artıq çəkib. Aparılan müzakirələrdən sonra İcraiyyə Komitəsi Azərbaycan Premyer Liqasında komanda sayının artırılmaması barədə qərar qəbul edib.
Bu barədə jurnalistlərə AFFA-nın prezidenti Rövşən Nəcəf məlumat verib. O bildirib ki, klub sayı gələcəkdə artırılacaq.
Beləliklə, 2024/2025 mövsümündə də Azərbaycan Premyer Liqasında 10 komanda mübarizə aparacaq.
Bu isə o deməkdir ki, Premyer Liqada sonuncu yeri tutan “Qəbələ” yeni mövsümdən I Liqada mübarizə aparacaq.