Premyer Liqada klubunu dəyişir
19.05.2025 , 23:15

“Vulverhempton”un futbolçusu Mateus Kunya klubunu dəyişməyə yaxındır.
Korner.az xəbər verir ki, braziliyalı oyunçu ilə “Mançester Yunayted” yaxından maraqlanır.
Bu barədə xarici KİV məlumat yayıb.
Xəbərdə, tərəflər arasında razılığın əldə olunduğu bildirilib. Kunyanın transferinin yayda baş tutacağı gözlənilir.
Hücumçu bu mövsüm Premyer Liqada 29 oyuna çıxıb və 15 qol vurub.
