Premyer Liqada klubunu dəyişəcək
11.03.2025 , 23:30

“Fulhem”in müdafiəçisi Antoni Robinson klubunu dəyişə bilər.
Korner.az xəbər verir ki, “Liverpul” və “Mançester Yunayted” amerikalı futbolçunun xidmətində maraqlıdır.
Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.
Hər iki klub oyunçu yayda heyətinə qatmağa hazırlaşacaq.
“Fulhem” 27 yaşlı futbolçu üçün qarşı tərəfdən 40 milyon funt-sterlinq tələb edir.
