İngiltərə Premyer Liqasında çıxış edən “Suonsi Siti” islandiyalı yarımmüdafiəçi Arnor Qudyonseni transfer edib.
Uels klubu 16 yaşlı futbolçu ilə 3 illik müqavilə bağlayıb. Məlumatı klubun rəsmi saytı yayıb. Yarımmüdafiəçi hələlik, Uels təmsilçisinin gənclərdən ibarət komandasında oynayacaq.
Arnor vaxtilə PSV, “Çelsi”, “Barselona”, “Monako”, “Tottenhem” kimi klublarda oynamış məşhur futbolçu Eydur Qodyonsenin qardaşıdı.
