Premyer Liqada mövsümün ilk yarısına yekun vuruldu
08.12.2019 , 18:59

Bu gün Azərbaycan Premyer Liqasında 2019/20 mövsümünün ilk yarısına yekun vurulub.
Korner.az xəbər verir ki, XIV turun sonun oyun günündə üç qarşılaşma baş tutub.
Günün ilk görüşündə “Zirə” “Səbail”i qəbul edib və 4:1 hesabı ilə qalib gəlib. “Sumqayıt” isə “Qəbələ” ilə heç-heçəyə razılaşıb – 1:1. Son oyun “Sabah”la “Neftçi” arasında baş tutub. Matç “ağ-qaralar”ın qələbəsi ilə bitib – 2:0.
8 dekabr
“Zirə” – “Səbail” – 4:1
Qollar: Nicat Süleymanov, 5, 20, Adrian Skarlatake, 60, Tellur Mütəllimov, 89 – Eriko da Silva, 78
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Zeynal Zeynalov, Rauf Allahverdiyev
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Zirə İdman Kompleksinin stadionu, 15:00
“Sumqayıt” – “Qəbələ” – 1:1
Qollar: Peyman Babayi, 31 (pen.) – Fernan Lopes, 23
Hakimlər: Vüqar Həsənli, Elşad Abdullayev, Pərvin Talıbov, Orxan Məmmədov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Eldəniz Musayev
“Kapital Bank Arena”, 15:00
“Sabah” – “Neftçi” – 0:2
Qollar: Anton Krivotsyuk, 45+2, Stiven Monroz, 90+3
Hakimlər: Rauf Cabarov, Nahid Əliyev, Müslüm Əliyev, Namiq Bəkirov
Hakim-inspektor: Ceyhun Haşımov
AFFA nümayəndəsi: Əsgər Əmirəliyev
“Bank Respublika Arena”, 17:00
