İngiltərə Premyer Liqasında başa çatmaqda olan 2014/2015 mövsümünün ən yaxşı futbolçusu müəyyənləşib.
Korner.az-ın məlumatına görə, “Çelsi”nin yarımmüdafiəçisi Eden Hazard Peşəkar Futbol Assosiasiyasının keçirdiyi sorğuda bütün rəqiblərini qabaqlayıb.
24 yaşlı futbolçu cari mövsüm keçirdiyi 33 oyunda 13 qol vurub, 9 məhsuldar ötürmə verib.
