Premyer Liqada iki oyunun VAR təyinatları
16.04.2023 , 12:34

Azərbaycan Premyer Liqasında bu gün keçiriləcək “Şamaxı” – “Sumqayıt” və “Sabah” – “Qarabağ” oyununun VAR təyinatları məlum olub.
Korner.az PFL-ə istinadən xəbər verir ki, Şamaxıdakı görüşdə Cavid Cəlilov VAR-ın əsas hakimi olacaq. Ona Cəmil Quliyev kömək edəcək. Görüş saat 16:00-da başlayacaq.
Turun son oyunu olan “Sabah” – “Qarabağ” oyununda VAR hakimi Rəşad Əhmədov olacaq. Ona Eyyub İbrahimov kömək edəcək. Matç saat 19:00-da başlayacaq.
