Premyer Liqada III turun oyun cədvəli
12.08.2022 , 19:58

Azərbaycan Premyer Liqasında III turun oyun cədvəli məlum olub.
Korner.az xəbər verir ki, turun oyunları 3 gün ərzində təşkil olunacaq.
Azərbaycan Premyer Liqası
III tur
19 avqust (cümə)
“Şamaxı” – “Səbail”
Şamaxı şəhər stadionu, 16:30
20 avqust (şənbə)
“Sabah” – “Neftçi”
“Bank Respublika Arena”, 20:30
21 avqust (bazar)
“Kəpəz” – “Qəbələ”
Qəbələ şəhər stadionu, 18:00
“Zirə” – “Sumqayıt”
“Dalğa Arena”, 20:30
Qeyd 1: Gəncə şəhər stadionu Premyer Liqa oyunlarını keçirməyə hazır olmadığına görə “Kəpəz” növbəti məlumata qədər ev görüşlərini Qəbələ şəhər stadionunda keçirəcək.
Qeyd 2: “Qarabağ”ın müraciəti, “Turan Tovuz”un razılıq məktubuna əsasən, “Qarabağ”ın Çempionlar Liqasının pley-of mərhələsindəki oyunlarının ölkə idmanı üçün əhəmiyyətini nəzərə alan PFL 3-cü turun “Turan Tovuz” – “Qarabağ” qarşılaşmasının təxirə salınması qərarını qəbul edib. Oyunun vaxtı barədə əlavə məlumat veriləcək.
