Premyer Liqada II tura start verildi
12.08.2023 , 22:56

Bu gün Azərbaycan Premyer Liqasında II tura start verilib.
Korner.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma keçirilib.
Debütant “Araz-Naxçıvan” “Qəbələ”ni qəbul edib və 2:0 hesablı qalib gəlib. Digər matçda isə “Zirə” “Kəpəz”in müqavimətini qırmağı bacarıb – 1:0.
Azərbaycan Premyer Liqası
II tur
12 avqust
18:30 Araz-Naxçıvan – Qəbələ – 2:0
Baş hakim: Fərid Hacıyev
21:00 Zirə – Kəpəz – 1:0
Baş hakim: Kamal Umudlu
