“Qarabağ” “Şamaxı”ya qalib gəldi
17.01.2025 , 20:57

Bu gün Azərbaycan Premyer Liqasında fasilə başa çatıb.
Korner.az xəbər verir ki, 19-cu turun ilk oyun günündə 1 matç keçirilib.
Lider “Qarabağ” “Şamaxı”nı qəbul edib. Oyun 3:2 hesabı ilə Ağdam klubunun qələbəsi ilə bitib.
17 yanvar
19:00. “Qarabağ” – “Şamaxı” – 3:2
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Asiman Əzizli, Fərid Hacıyev.
VAR: Nicat İsmayıllı.
AVAR: Eyyub İbrahimov.
Tofiq Bəhramov adına Respublika stadionu
