“Qarabağ” xal itirdi, “Neftçi” liderliyi ələ keçirdi
20.12.2020 , 19:21

Azərbaycan Premyer Liqasında fasilə başa çatıb.
Korner.az xəbər verir ki, kubların heyətində koronavirusa kütləvi yoluxmaya görə təxirə salınmış XII turun bütün oyunları bu gün keçirilib.
Əvvəlcə “Qəbələ” doğma meydanda “Qarabağ”ı qəbul edib. Görüş 1:1 hesablı heç-heçə ilə bitib. Günün digər oyundalarında “Sumqayıt” “Zirə” ilə 2:2 hesablı heç-heçə edib, “Səbail” isə “Keşlə”ni məğlub edib – 0:2.
Son görüşdə “Neftçi” “Sabah”la qarşılaşıb. Matç “ağ-qaralar”ın 0:2 hesablı qələbəsi ilə bitib.
Azərbaycan Premyer Liqası
XII tur
20 dekabr (şənbə)
16:00. “Keşlə” –“ Səbail” – 0:2
Qollar: Urfan Abbasov, 11, Əfran İsmayılov, 17
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Vüqar Bayramov, Rəhim Həsənov
“ASK Arena”
16:00. “Zirə” – “Sumqayıt” – 2:2
Qollar: Murad Xaçayev, 11 , Ağabala Ramazanov, 56, Rəhim Sadıxov, 57, Üismət alıyev, 62
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Nicat İsmayıllı
Zirə İdman Kompleksinin stadionu
17:15. “Sabah” – “Neftçi” – 0:2
Qollar: Namiq Ələsgərov, 49 (pen.), 65
Hakimlər: Əliyar Ağayev, Akif Əmirəli, Elşad Abdullayev, Elçin Məsiyev
“Bank Respublika Arena”
15:00. “Qəbələ” – “Qarabağ” – 1:1
Qollar: Filip Ozobiç, 51, Rafael Utriq, 83
Qırmızı vərəqə: Rövlan Muradov, 70-iki sarı vərəqə (“Qəbələ”)
Reallaşdırılmayan penalti: Uros Matiç, 15-ci dəq. (“Qarabağ”) – qapıçı
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, İnqilab Məmmədov
Qəbələ şəhər stadionu
