“Neftçi” və “Araz-Naxçıvan”dan heç-heçə
23.01.2026 , 20:55
Azərbaycan Premyer Liqasında 17-ci turun oyunları bu gün start götürüb.
Korner.az xəbər verir ki, bununla da çempionatda 32 gün davam edən fasilə başa çatıb.
Günün ilk matçında “İmişli” “Araz-Naxçıvan”la üz-üzə gəlib. Quba Olimpiya İdman Kompleksində keçirilən görüşdə qalib müəyyənləşməyib – 2:2.
Günün mərkəzi qarşılaşması isə Bakıda keçirilib. “Palms Sports Arena”da “Neftçi” “Zirə”ni qəbul edib. Matçda hesab açılmayıb – 0:0.
Azərbaycan Premyer Liqası
17-ci tur
23 yanvar
14:30. “İmişli” – “Araz-Naxçıvan” – 2:2
Hakimlər: İnqilab Məmmədov, Rahil Ramazanov, Tərlan Talıbzadə, Əli Əliyev
VAR: Elçin Məsiyev
AVAR: Namiq Hüseynov
Stadion: Quba OİK
19:00. “Neftçi” – “Zirə” – 0:0
Hakimlər: Fərid Hacıyev, Cəmil Quliyev, Asiman Əzizli, Kamran Əliyev
VAR: Rauf Cabarov
AVAR: Eyyub İbrahimov
Stadion: “Palms Sports Arena”