Premyer Liqa

“Neftçi” çempion!

19.05.2021 , 22:27

Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2020/21 mövsümünə yekun vurulub.

Korner.az xəbər verir ki, turun bütün oyunları eyni gündə keçirilib.

Bürünc mükafatın sahibi bu gün müəyyənləşib. Üçüncü pillədə yer alan “Zirə” səfərdə “Sabah”a qalib gəlsə, 3-cü yeri tutacaqdı. Ancaq komanda 1:2 hesabı ilə məğlub olub. Bürünc medallara iddialı digər komanda – “Sumqayıt” isə “Səbail”lə matçda minimal hesablı qələbə ilə 3-cü yeri tutub.

Digər oyunda “Keşlə” “Qəbələ”ni qəbul edib. Görüş ev sahibinin 3:1 hesablı qələbəsi ilə başa çatıb.

Azərbaycan Premyer Liqasında çempion da müəyyənləşib. Son turda “Neftçi” “Qarabağ”ı qəbul edib. Görüş “ağ-qaralar”ın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Bununla da “Neftçi” 9-cu dəfə ölkə çempionu olub.

Azərbaycan Premyer Liqası, 28-ci tur

19 may

Səbail – Sumqayıt – 0:1
Hakimlər: Rəşad Əhmədov, Cavanşir Yusifov, Eyyub İbrahimov, Nicat İsmayıllı.
Hakim-inspektor: İmanxan Sultani.
AFFA nümayəndəsi: Rüfət Əmirov.
Bakı. “ASCO Arena”, 18:00.

______________________________________________________________________________________________________________________________

Sabah – Zirə – 2:1
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Rauf Cabarov.
Hakim-inspektor: Asim Xudiyev.
AFFA nümayəndəsi: Asif Əliyev.
Masazır. “Bank Respublika Arena”, 18:00.

______________________________________________________________________________________________________________________________

Keşlə – Qəbələ – 3:1
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Rahil Ramazanov, Fərid Hacıyev.
Hakim-inspektor: Babək Quliyev.
AFFA nümayəndəsi: Seymur Səlimli.
Bakı. “ASK Arena”, 18:00.

______________________________________________________________________________________________________________________________

Neftçi – Qarabağ – 1:0
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Kamal Umudlu (ehtiyat laynsman: Müslüm Əliyev).
Hakim-inspektor: Ramil Diniyev.
AFFA nümayəndəsi: Erkin Hüseynov.
Bakı. “Dalğa Arena”, 20:30.

Son yazılar

Yuxarı