Premyer Liqada ayın baş məşqçisi
17.03.2020 , 17:19

İngiltərə Premyer Liqasında fevral ayının ən yaxşı baş məşqçisi açıqlanıb.
Korner.az xəbər verir ki, bu “Börnli”nin çalışdırıcısı Şon Dayçdır.
48 yaşlı mütəxəssis Mikel Arteta (“Arsenal”), Ole-Qunnar Sulşer (“Mançester Yunayted”) və Kris Uelderi (“Şeffild Yunayted”) qabaqlayıb.
İngilis mütəxəssis 2-ci dəfə bu mükafatı qazanıb.
