Premyer Liqada ayın ən yaxşısı seçildi
04.07.2020 , 17:58
Rusiya Premyer Liqasında iyun ayının ən yaxşı futbolçusu məlum olub.
Korner.az xəbər verir ki, bu, Moskva “Lokomotiv”inin yarımmüdafiəçisi Aleksey Mirançukdur.
Mirançuk Premyer Liqada ötən ay iştirak etdiyi 3 oyunda 4 qol vurub.