Premyer Liqada ayın ən yaxşısı
31.03.2023 , 15:39

İngiltərə Premyer Liqasında mart ayının ən yaxşı futbolçusu açıqlanıb.
Korner.az xəbər verir ki, bu, “Arsenal”ın yarımmüdafiəçisi Bukayo Sakadır.
O, namizədlər arasında Aleksandr İsak (“Nyukasl”), Aleksis Mak Allister (“Brayton”), Tayron Minqs (“Aston Villa”), Məhəmməd Salah (“Liverpul”) və Leandro Trossardı (“Arsenal”) qabaqlayıb.
21 yaşlı futbolçu 4 oyunda 3 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb.
