Premyer Liqada ayın ən yaxşısı
13.11.2020 , 19:40

İngiltərə Premyer Liqasında oktyabr ayının ən yaxşı futbolçusu məlum olub.
Korner.az xəbər verir ki, bu “Tottenhem”in hücumçusu Son Hın Mindi.
Bu barədə Premyer Liqanın rəsmi saytı məlumat yayıb. Futbolçu ötən ay iştirak etdiyi 3 oyunda 4 qol, 2 məhsuldar ötürmə ilə yadda qalıb.
