İngiltərə Premyer Liqasında avqust ayının ən yaxşıları müəyyənləşib.
Korner.az-ın İngiltərə Peşəkar Futbol Liqasının saytına istinadən yaydığı xəbərə görə, “Suonsi”nin yarımmüdafiəçisi Andre Ayyu ötən ayın ən yaxşı futbolçusu seçilib. O, avqustda 4 qol vurub.
“Mançester Siti”nin çalışdırıcısı Manuel Pelleqrini isə ən yaxşı baş məşqçi mükafatına layiq görülüb. Onun komandası avqustda ard-arda dörd oyunda qalib gəlib.
