“Qəbələ” səfərdən 1 xalla qayıdır, “Sumqayıt”dan darmadağın
18.10.2025 , 20:00
Azərbaycan Premyer Liqasında 8-ci turun oyunları davam edir.
Korner.az xəbər verir ki, ikinci oyun günündə daha iki qarşılaşma keçirilib.
Əvvəlcə “İmişli” Qubada “Qəbələ”ni sınağa çəkib. Görüş 2:2 hesablı bərabərliklə bitib.
Günün ikinci matçında isə “Sumqayıt” “Karvan-Yevlax”ı sınağa çəkib. Oyun meydan sahiblərinin 4:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, tura sabah keçiriləcək iki matçla yekun vurulacaq.
18 oktyabr (şənbə)
14:30. “İmişli” – “Qəbələ” – 2:2
Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Rahil Ramazanov, Elvin Bayramov
VAR: Tural Qurbanov
AVAR: Şirmamed Mamedov
Quba OİK stadionu
18:00. “Sumqayıt” – “Karvan-Yevlax” – 4:1
Hakimlər: Rəvan Həmzəzadə, Cəmil Quliyev, Gülnurə Əkbərzadə, Kamran Əliyev
VAR: Əli Əliyev
AVAR: Əliyar Ağayev
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu