Ölkə futbolu

Premyer Liqada 3 oyun təxirə salındı

03.12.2020 , 20:14

Azərbaycan Premyer Liqasının 12-ci turunun 5 dekabr tarixdə keçirilməli olan “Sabah” – “Neftçi” və “Keşlə” – “Səbail”, eləcə də 6 dekabrda keçirilməli olan “Zirə” – “Sumqayıt” oyunu təxirə salınıb.

Korner.az PFL-in saytına istinadən xəbər verir ki, buna səbəb bəzi klubların heyətində 7 və daha çox oyunçunun COVİD-19 virusuna yoluxmasıdır.

Görüşlərin tarixi ilə bağlı əlavə məlumat Peşəkar Futbol Liqası tərfindən veriləcək.

Qeyd edək ki, 12-ci turun “Qəbələ” – “Qarabağ” oyunu 6 dekabr, saat 16:00-da “Azersun Arena”da keçiriləcək.

Son yazılar

Yuxarı